Xəzər Xəbər

Son günlər əhali arasında yayılan yeni virusla bağlı AÇIQLAMA VİDEO

Veb TV | 21:10 • 9 Oktyabr 2023
Son günlər əhali arasında yayılan yeni virusla bağlı AÇIQLAMA

Son zamanlar əhali arasında tez-tez qripə yoluxma halları müşahidə olunur.

Xezerxeber.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyir ki, hazırda əhali arasındakı xəstələnmə respirator virus infeksiyası hesab olunur. Yəni bu kimi hallar mövsümi xarakter daşıyır.

Mütəxəssis-ekspertin sözlərinə görə, xəstəlik özünü qızdırma, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla biruzə verir və adətən, simptomatik müalicə olunur.

Bəs xəstəlikdən qorunmaq üçün nə etmək lazımdır?

Təyyar Eyvazov onu da əlavə edib ki bu hal davam edəcək. Çünki bu virusların rutin təyini dünyanın heç bir ölkəsində aparılmır və xəstəlik adətən yüngül və fəsadsız keçir. Lakin bununla belə ölkədəki epidemioloji vəziyyət tam olaraq nəzarət altındadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti