Xəzər Xəbər

Adı qalmaqalda hallanan Qarabağın futbolçusu ilə bağlı RƏSMİ XƏBƏR VİDEO

Veb TV | 21:15 • 9 Oktyabr 2023
Adı qalmaqalda hallanan Qarabağın futbolçusu ilə bağlı RƏSMİ XƏBƏR

Mübahisə etdiyi üçün saxlandığı deyilən futbolçunun polis bölməsinə aparılmasının əsl səbəbi bilindi.

Xezerxeber.az xəbər verir ki, dünən gərgin keçən Neftçi-Qarabağ oyunundan sonra futbolçulardan birinin polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı xəbərlər yayıldı. Gecə vaxtı çəkilən və yayılan videogörüntülərdə dava edən şəxslərdən birinin Qarabağın oyunçusu olduğu bildirilirdi.

Hətta bəzi mənbələr və sosial şəbəkə istifadəçiləri davaya futbolçulardan birinin çantasının oğurlanmasının səbəb olduğunu yazmışdılar. Üstəlik Qarabağın sol cinah müdafiəçisinin saxlanılaraq polis bölməsinə aparıldığı da deyilirdi.

Bu gün isə hadisənin dəqiq təfərrüatları məlum olub. Daxili İşlər Nazirliyi ötən gün verənlərə aydınlıq gətirib. Bildirilib ki, Qarabağın futbolçusunun saxlanılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Futbolçunun bölməyə dəvət etilməsinin əsl səbəbi də elə bu olub.

Qeyd edək ki, dünən baş tutan oyun "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti