Xəzər Xəbər

İmtahan vaxtı dünyasını dəyişən şəxslə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 22:00 • 9 Oktyabr 2023
İmtahan vaxtı dünyasını dəyişən şəxslə bağlı TƏFƏRRÜATLAR

Bakıda 67 yaşlı kişi imtahan zamanı qəfil vəfat edib.

Xezerxeber.az xəbər verir ki, hadisə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən Peşəkar Mühasib Sertifikatı imtahanında baş verib. İmtahanda iştirak edən Zaqatala rayon sakini 67 yaşlı Alxaz Qəribov özünü pis hiss edib və imtahan zalında ölüb.

Qohumu Zeynal İbrahimov deyir ki, Alxaz Qəribov universiteti bitirdikdən sonra 35-40 ilə yaxın idi ki, rayonda mühasib işləyirdi. O  3 ay əvvəldən sahibkarlıq sahəsi üzrə peşəkar mühasib sertifikatı almaq üçün imtahana hazırlaşırmış. Ötən gün imtaha zalında onun halı qəfildən pisləşib.

Yaxınlarının sözlərinə görə, Alxaz Qəribovun ürəyi ilə bağlı indiyə qədər heç vaxt şikayəti olmayıb. O, şəkər xəstəliyindən əziyyət çəkirmiş. Zeynal İbrahimov deyir ki, peşəkar mühasib indiyə qədər bir neçə dəfə imtahanlarda iştirak edib və həyacandan da bu hadisənin olma ehtimalı yoxdur.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar