Xəzər Xəbər

Nərgizava nekropolunda arxeoloji tədqiqat yekunlaşıb VİDEO

Veb TV | 21:19 • 8 Oktyabr 2023
Nərgizava nekropolunda arxeoloji tədqiqat yekunlaşıb

Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonu, Gəgəli kəndi ərazisində yerləşən antik dövrə aid nekropolda tədqiqatı yekunlaşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, bu ilin sentyabr ayında Nərgizava nekropolunda 15 sadə torpaq qəbir öyrənilib.

Qəbirlərin yarısı azyaşlı uşaqlara məxsusdur. Onların bəzilərini iri küp parçaları ilə örtüblər, yanlarına istiqamət göstərən daşlar qoyublar.

Qəbirlərdən analiz üçün kömür və sümük qalıqları da götürülüb. İlk dəfədir ki, Nərgizava abidəsində qəbir avadanlığı içərisində oturacağında "tələf deşiyi" olan saxsı qablara rast gəlinib.  Nərgizava arxeoloji ekspedisiyası növbəti mövsümdə işlərini davam etdirməyi planlaşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar