Xəzər Xəbər

Prezident İlham Əliyev Gürcüstanda səfərdə olub VİDEO

Veb TV | 21:00 • 8 Oktyabr 2023
Prezident İlham Əliyev Gürcüstanda səfərdə olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfər edib. 

Xezerxeber.az xəbər verir ki, əvvəlcə İlham Əliyevin İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. 

Sonra İlham Əliyev və İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. 

Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili həmçinin Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.

Xezerxeber.az səfərlə bağlı hazırlanmış geniş videomaterialı təqdim edir:

Xəbər lenti