Xəzər Xəbər

Sürücülük hüququ olmadan avtomobil idarə edənlərə elektron protokol göndərilir VİDEO

Veb TV | 20:26 • 8 Oktyabr 2023
Sürücülük hüququ olmadan avtomobil idarə edənlərə elektron protokol göndərilir

Son günlər xeyli avtomobil sahibinə sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyinə dair elektron protokol göndərilib.

Sosial şəbəkələrdə də bununla bağlı xeyli şikayət var.

Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat ekspertləri bildirirlər ki, bu cür cərimələrin texniki vasitələrlə tətbiq edilməsi doğru deyil. Çünki kamera və ya digər texniki vasitə sürücünün kim olduğunu tam dəqiq aşkarlaya bilməz. Bu cür protokollar yol-patrul xidməti əməkdaşının sürücü və ya avtomobil sahibi ilə ünsiyyəti əsasında tətbiq edilməlidir. Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, belə hallarla üzləşən vətəndaşlar həmin protokoldan şikayət verə bilərlər.

Ekspert onu da qeyd edib ki, şikayət üçün 10 gün vaxt verilir. Bu qayda protokolda olan digər səhvlər üçün də keçərlidir.

Yasin Mustafayev əlavə edib ki, bu cür hallarda məsələ vətəndaşın xeyrinə həll olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti