Xəzər Xəbər

Xidmət müddəti başa çatan hərbi qulluqçuların tərxis olunması tədbirləri davam etdirilir VİDEO

Veb TV | 10:35 • 8 Oktyabr 2023
Xidmət müddəti başa çatan hərbi qulluqçuların tərxis olunması tədbirləri davam etdirilir

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər davam edir. Müdafiə nazirinin əmrinə əsasən, hərbi hissələrdə xidmət müddəti başa çatmış ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, xidmət müddəti ərzində verilən tapşırıqların icrasında fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

Xəbər lenti

Çox oxunanlar