Xəzər Xəbər

Tərtərdə 1 saylı uşaq bağçası BAXIMSIZ VƏZİYYƏTDƏDİR VİDEO

Veb TV | 22:55 • 7 Oktyabr 2023
Tərtərdə 1 saylı uşaq bağçası BAXIMSIZ VƏZİYYƏTDƏDİR

Tərtər rayonunun 1 saylı körpələr evi-uşaq bağçasının divarları çat, döşəməsi qırıq, tavanı isə çökmüş vəziyyətdədir.

Xezerxeber.az xəbər verir ki, yağan yağış suları dam örtüyü və tavandan binanın içərisinə tökülür.

Ötən əsrdə tikilən bina bu vaxta qədər əsaslı təmir olunmadığından hazırda uçmaq təhlükəsi var. Binanın  hasarlarında iri çatlar əmələ gəlib. Döşəmədən isə bir başa zirzəmi görsənir.

Sakinlər bildirir ki, köhnə binanın zirzəmisində siçanlar çoxdur. Hətta, az yaşlı uşaqlara xəsarət də yetiriblər.

Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinin Tərtər sektorundan şifahi olaraq bildirilib ki, sözügedən bağçanın vəziyyəti ilə əlaqədar müvafiq qurumlara məlumat verilib. Bağçanın yenidən tikilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar