Xəzər Xəbər

Rusiyada yayılan donuz xəstəliyi Azərbaycana TƏHLÜKƏ YARADIRMI? VİDEO

Veb TV | 21:45 • 7 Oktyabr 2023
Rusiyada yayılan donuz xəstəliyi Azərbaycana TƏHLÜKƏ YARADIRMI?

Rusiyanın Primorsk diyarında Afrika taununun yayılması səbəbindən təxminən beş min donuz yandırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Heyvan Xəstəliklərinə Nəzarət üzrə Ussuri Baytarlıq Stansiyası məlumat yayıb.

Bəs qonşu ölkə aşkarlanan virusun ölkəmizdəki donuz təsərrüfatlarına keçmə ehtimalı varmı?

Məsələyə Qida Təhlükəsizliyi Agentliyindən münasibət bildirilib. Qeyd edilib ki, başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Ölkəmizdə donuz saxlanılması o qədər də geniş yayılmadığı üçün bu  xəstəliyin donuzlar arasında yayılması riski çox aşağıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar