Xəzər Xəbər

Ermənistan yenə MEQA LAYİHƏDƏN kənarda qaldı VİDEO

Veb TV | 21:05 • 7 Oktyabr 2023
Ermənistan yenə MEQA LAYİHƏDƏN kənarda qaldı

Ermənistan növbəti dəfə Azərbaycanın təşəbbüsü ilə reallaşan və  regionun meqa layihələrindən birindən kənarda qaldı. Baxmayaraq ki, Azərbaycan dəfələrlə Zəngəzur dəhlizinin açılması təşəbbüsü ilə çıxış edib. Ermənistan isə  özünü yenə təcrid etdi və dəhlizin açılmasına maneəçilik törətdi. Azərbaycan isə vaxt itirmədən Zəngəzur dəhlizinin alternativini irəli sürdü və artıq bu istiqamətdə işlərə başladı.

Yəni dəhlizin alternativi olaraq Bakı və Tehran arasında Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yeni layihənin təməli qoyuldu.

Xezerxeber.az-ın xəbərinə görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bu yol təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyə hesablanmayıb. Bu layihə həm də orta dəhlizin əsas tərkib hissəsi hesab edilir. Bu yol vasitəsilə şərq və qərb arasında yükdaşımalar asanlaşacaq.

Ermənistan özünü bu cür layihələrdən kənarda saxlamaqla, dolayısı ilə gələcəkdəki istəklərinin də qarşısını bloklamış oldu. Ekspert hesab edir ki, ermənistanın bu layihəyə qoşulmaq istəyi gələcəkdə onlar üçün daha çətin ola bilər.

Qeyd edək ki, Araz çayı üzərində istifadəyə veriləcək məntəqədən gün ərzində ən azı 1100 yük-nəqliyyat vasitəsi keçə biləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti