Xəzər Xəbər

Natiq Qasımovla bağlı daha bir MƏLUMAT PAYLAŞILDI VİDEO

Veb TV | 20:55 • 7 Oktyabr 2023
Natiq Qasımovla bağlı daha bir MƏLUMAT PAYLAŞILDI

"Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr vərərək onu qətlə yətirib".

Xəbər verdiyimiz kimi, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaradıb.

Buna görə də, səhra komandiri Vitali Balasanyan Natiq Qasımova ağır işgəncələr verib. Qeyd edilib ki, Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib.

Balasanyan sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin "müdafiə nazirinin müavini" və "təhlükəsizlik şurasının rəhbəri" olub.

Məlum olduğu kimi Ermənistan tərəfi humanitar-hüquq normalarının ziddinə olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasımovun dəfn yəri barədə məlumatları gizlətmiş və bu gün də bu qeyri-insani əməlini davam etdirir.

Dövlət komissiyasından bildirilib ki, Natiq Qasımov hazırda I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti