Xəzər Xəbər

İsraildə yaşayan soydaşımız raket hücumlarından DANIŞDI VİDEO

Veb TV | 20:45 • 7 Oktyabr 2023
İsraildə yaşayan soydaşımız raket hücumlarından DANIŞDI

İsraildə Azərbaycan vətəndaşları arasında ölən və yaralanan olmayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirliyindən bildirilib. Qeyd edilib ki, səfirlik tərəfindən təhlükəsizlik şəraitinə riayət olunur. Vətəndaşlara müvafiq xəbərdarliq qisa müddətdə elan olunub.

Hərbi əməliyyatlara görə çətin vəziyyətdə qalan vətəndaşlarla əlaqə yaradan Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, sığınacaqda olan 5 nəfər azərbaycan vətəndaşının vəziyyəti qənaət bəxşdir.

"Həyəcanlı anlar yaşasalar da, yaxşıdırlar...Onların sağ-salamat vətənə qayıtmaları üçün Dövlət Komitəsi və İsraildə olan diaspor təşkilatları əllərindən gələni etməyə hazırdırlar."

İsraildə yaşayan azərbaycanlı  Cəmilə Hüseynova da baş verənləri "Xəzər Xəbər"lə bölüşüb.

Yaranmış mövcud vəziyyətlə əlaqədar, Azərbaycanın israildəki səfirliyi isə Azərbaycan vətəndaşlarına ölkədaxili səfərlər etməməyi, təhlükəsizliyə riayət etməyi, ehtiyatlı olmağı və yerli dövlət qurumlarının verdiyi təlimatlara uyğun davranmağı tövsiyə edib. Səfirlik lazimi təqdirdə qaynar xəttlə əlaqə yaradılacağını bildirib. ( +972 50 356 95 82 )

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar