Xəzər Xəbər

Rublun məzənnəsinin enməsi Azərbaycanda tikinti materiallarını UCUZLAŞDIRDI VİDEO

Veb TV | 21:25 • 7 Oktyabr 2023
Rublun məzənnəsinin enməsi Azərbaycanda tikinti materiallarını UCUZLAŞDIRDI

Rusiyada rublun uzulaşması bu ölkədən Azərbaycana gətirilən tikinti materiyallarının qiymətinə də təsir  edib.

Xezerxeber.az xəbər verir ki, satıcıların sözlərinə görə, ən çox ucuzlaşma  taxtada müşahidə  edilir. Ötən il1 kubmetrinin qiymət 450 manata qədər yüksələn taxta indi təxminən 300 manata təklif edilir.

Diktlərin də qiymətində azalma müşahidə olunur. 18 mm-lik diktin qiyməti 40 manatdan 20-25 manata enib.

Ümumiyyətlə, taxta və taxtadan hazırlanan materialların qiymətlərində ucuzlaşma var. Bundan başqa, dam örtüklərinin qiymətlərində də 3 manat ucuzlaşma var.

Armaturun qiymətində də ötən illə müqayisədə azalma olub.

Satıcılar ucuzluğu həmdə materialların çox olması ilə də əlaqələndirirlər.

İqtisadçı Xalid Kərimli deyir ki, ucuzlaşan rus rublu bu ölkənin məhsullarını azərbaycanlı alıcılar üçün daha əlçatan edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar