Xəzər Xəbər

Bakının mərkəzində orta məktəb bərbad şəraitdə fəaliyyət göstərir VİDEO

Veb TV | 21:46 • 6 Oktyabr 2023
Bakının mərkəzində orta məktəb bərbad şəraitdə fəaliyyət göstərir

Bakının Xətai rayonunda yerləşən Laçın rayonu, 4 saylı Kamallı kənd orta məktəbi bərbad şəraitdə fəaliyyət göstərir.   

Xezerxeber.az-ın məlumatına görə, məktəbin nə darvazası, nə də gözətçisi var. Ətrafı yaşıllıq  olsa da, tulllantı əlindən ayaq basmaq olmur. Yaşı 50-ni ötmüş bu tikilidə ilin-günün bu vaxtında 120 şagird təhsil alır.

Sinif otaqlarından tutmuş balaca dəhlizinə, hətta ayaqyoluna belə nəzər saldıqda, burada azyaşlıların necə təhsil aldığı insanı dəhşətə gətirir.

Məktəbin direktoru Şahmar Məmmədov deyir ki, Kamallı kənd orta məktəbi əvvəlcə Ağcəbədidə olub. 2013-cü ildən isə Bakıya köçürülüb. Məktəbin həyətini dəfələrlə öz vəsaitləri hesabına təmizlədiblər, amma ətrafda yaşayan sakinlər tullantılarını məhz bu əraziyə atırlar.

Məktəb içməli su ilə təmin olunur. Şahmar Məmmədov deyir ki, bu tədris ocağının istilik problemi də yoxdur, sadəcə təmirə ehtiyacı var. Təmirə məsul qurumlar isə hələ gözləyir. Görünür, Kamallı kənd orta məktəbi bu qışı da burda qarşılayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar