Xəzər Xəbər

İcbari tibbi sığorta xidməti göstərən özəl tibb müəssisələrinin sayı artırılıb VİDEO

Veb TV | 21:28 • 6 Oktyabr 2023
İcbari tibbi sığorta xidməti göstərən özəl tibb müəssisələrinin sayı artırılıb

Vətəndaşların icbari tibbi sığortadan yararlanmaq üçün müraciət edəcəkləri özəl tibb müəssisələrinin sayı artırılıb.

Xezerxeber.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcitmaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova bildirib ki, belə tibb müəssisələrinin sayı 140-a çatdırılıb. Bununla da vətəndaşların xəstəxanalarda uzunmüddətli növbələr gözləməsinin qarşısı alınacaq.

Leyla Lətifovanın sözlərinə görə, hazırda icbari tibbi sığortanın xidmətlər zərfində 3315 xidmət var. Yeni əlavə edilən tibbi xidmətlər arasında ambulator tibbi yardım, cərrahi tibbi xidmətlər, fizioterapiya xidmətləri, labaratoriya xidmətləri var.

Qeyd edilib ki, koxliyar implantasiya əməliyyatı və endopratezləşdirmə ilə bağlı illik limit də yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar