Xəzər Xəbər

Gəncə sakinləri: separatçı rejimin rəhbərlərinin həbs edilməsi tarixi ədalətin bərpasıdır VİDEO

Veb TV | 20:39 • 6 Oktyabr 2023
Gəncə sakinləri: separatçı rejimin rəhbərlərinin həbs edilməsi tarixi ədalətin bərpasıdır

"Gəncəni vurmaq əmrini mən vermişəm, özünüzə gəlin, yoxsa daha betər olar" demişdi.

Nəticə həqiqətən də çox betər oldu, ancaq dinc insanlara qarşı terror əmri vermiş cinayətkarlar üçün.

Xezerxeber.az-ın məlumatına görə, Gəncədə Ermənistanın raket terrorunun qurbanı olmuş şəxslər separatçı rejimin rəhbərlərinin həbs edilərək Bakıya gətirilməsini, qanun qarşısına çıxarılmasını tarixi ədalətin bərqərar olması kimi qiymətləndirirlər.

Gəncəyə 5 ayrı tarixdə endirilmiş raket zərbələri 26 nəfər mülki şəxsin ölümünə, yüzdən artıq adamın yaralanmasına, onlarla avtomobilin, yüzlərlə müxtəlif təyinatlı tikilinin yararsız hala düşməsinə səbəb olmuşdu. Bu gün ən böyük təsəllini məhz terror hücumları nəticəsində şəhid vermiş ailələr tapırlar.

Dinc insanlara qarşı terror törədənlər Azərbaycan qanunları əsasında mühakimə ediləcəklər. Bu, həmin terrorçulara veriləcək ən böyük dərsdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti