Xəzər Xəbər

Azad olunmuş daha bir ərazidə narkotik plantasiyası aşkar edilib VİDEO

Veb TV | 20:55 • 6 Oktyabr 2023
Azad olunmuş daha bir ərazidə narkotik plantasiyası aşkar edilib

Azərbaycan Ordusunun nəzarətə götürdüyü daha bir ərazidə - Xocalının Təzə Binə kəndində narkotik plantasiyası aşkar edilib.

Xezerxeber.az-ın məlumatına görə, kultivasiya üsulu ilə qulluq edilən plantasiyada bahalı növlərdən sayılan "sativa" sortu olan çətənə bitkisi becərilib.

Bazarda dəyəri 1 kiloqramı 8-10 min dollar olan 10 hektara yaxın ərazidə salınan narkotik plantasiyası xüsusi mühafizə olunub. Ərazidən 4 ədəd “Kalaşnikov” atmomatı da aşkarlanıb.

Bununla bağlı jurnalistlərə açıqlama verən  DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, separatçılar düzən yerlərlə yanaşı, həm də dağ yamaclarında narkotik vasitələrinin əkilib-becərilməsi, kultivasiyası ilə məşğul olublar. Başqa bir nüans, ərazi yoxlanılarkən məlum oldu ki, plantasiya salınmış ərazinin ətrafında mina təhlükəsi var. Piyada əleyhinə xeyli sayda mina basdırılıb.

“Bu ərazi yoxlanılarkən aydın oldu ki, ərazini xüsusi olaraq hətta özlərindən belə qoruyublar. Yəni burada saldıqları plantasiya ərazisinə hansısa kənar müdaxilə olmasın”,- DİN sözçüsü deyib.

Elşad Hacıyevin sözlərinə görə, araşdırmalarla aydın olub ki,  Qarabağ iqtisadi rayonunun bir çox bölgələrində, rayonlarında, kəndlərində narkotik vasitələrin geniş əkilib-becərilməsi və narkoticarətin təşkil edilməsi geniş vüsət alıb: “Aşkarlanan bütün faktlar bir daha sübut edir ki, bu hallar zonanı idarə edən separatçı qrupların fəaliyyətinin əsas tərkib hissəsi olub".

Xocalı rayonunun Təzəbinə kəndi ərazisində də 10 hektardan artıq ərazidə kultivasiya yolu becərilmiş çətənə plantasiyası aşkar edilib.

Xatırladaq ki, oktybarın 2-də Xocalıda 100 hektar ərazidə xüsusi üsulla becərilmiş çətənə plantasiyası aşkarlanmışdı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti