Xəzər Xəbər

Rusiya sülhməramlıları Qarabağı vaxtından əvvəl tərk edə bilər VİDEO

Veb TV | 19:50 • 6 Oktyabr 2023
Rusiya sülhməramlıları Qarabağı vaxtından əvvəl tərk edə bilər

Əsgəran, Ağdərə və Şuşada Rusiya sülhməramlılarına məxsus postlar  ləğv edilib.

Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan millət vəkili Sahib Alıyev bildirib ki, Azərbaycan lokal antiterror əməliyyatları ilə suverenliyini tam bərpa edib.

Təhlükəsiziliklə bağlı bütün məsələlər ən yüksək səviyyədə diqqətdə saxlanılır. Qarabağda sülhməramlıların fəaliyyət dairəsi də kifayət qədər daralıb.

Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin bundan sonrakı fəaliyyəti ilə bağlı məsələlər əsasən Azərbaycanla müzakirə ediləcək. Çünki bu, ölkəmizin daxili məsələsidir. Son proseslər sülhməramlıların Qarabağdan gedişini bir qədər də tezləşdirə bilər.

Millət vəkili əlavə edib ki, Rusiya sülhmərmalı kontingenti ilə bağlı yaxın vaxtlarda yekun qərarın veriləcəyinə şahid ola bilərik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar