Xəzər Xəbər

Qaraçuxur sakinləri "zibilə düşüblər" VİDEO

Veb TV | 23:15 • 5 Oktyabr 2023
Qaraçuxur sakinləri "zibilə düşüblər"

Evin bir addımlığında olan zibil yeşikləri və ətrafa yayılan üfunət...

Xezerxeber.az xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi sakinləri illərdir bu vəziyyətdə yaşayırlar. Kərəm İsmayılov küçəsində tullantıların atılması üçün qoyulan konteynerlər ətrafda yaşayanların işini əngələ salıb.

Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, həllini tapmayıb.

Hətta sakinlərin müraciətlərinin birinin nəticəsindəolaraq məsələnin həll yolu da tapılıb. Bu dəfə tapılmayan isə zibil qutularının qoyulcağı yer olub. 

Məsələ ilə bağlı biz də bütün aidiyyəti qurumlara müraciət etdik. Qaraçuxur İnzibatı Ərazi Dairəsi üzrə Nümayəndəlikdən bildirildi ki, zibil qutularının yerinin dəyişdirilməsi onların səlahiyyətində deyil. Bununla Suraxanı rayonu mənzil-kommunal təsərrüfat birliyi məşğul olur. Buradan isə bildirdilər ki, həmin yeşiklər qoyulan zaman orada heç bir ev olmayıb. İndi isə əvvəlcə Bələdiyyə yer təyin etməlidir ki, onlar həmin yeşiklərin yerləşdirilməsini həyata keçirsinlər.

Qaraçuxur Bələdiyyəsindən də məsələdən agah olduqlarını qeyd etdilər. Lakin deyildi ki, hazırda ərazidə həmin yeşiklərin qoyulması üçün münasib yer olmadığına görə yerdəyişmənin edilməsi mümkünsüzdür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar