Xəzər Xəbər

Putin Rusiyanın Qarabağla bağlı mövqeyinə NÖQTƏ QOYDU VİDEO

Veb TV | 21:45 • 5 Oktyabr 2023
Putin Rusiyanın Qarabağla bağlı mövqeyinə NÖQTƏ QOYDU

Rusiya 15 il Ermənistanı Qarabağ ərazilərini Azərbaycana qaytarmağa inandırıb. bunu Rusiya Prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışında bildirib. "Lakin rəsmi İrəvan bundan imtina edib", - deyə Putin əlavə edib. Bütün bunlar on illiklər boyu davam etdi. Deməliyəm ki, burada heç bir sirr açmıram. Biz dəfələrlə, son 15 il ərzində erməni dostlarımıza təklif etmişdik ki, güzəştə getsinlər.

Xezerxeber.az-ən xəbərinə görə, Putin deyib ki, biz öz tərəfimizdən əmin idik ki, BMT TŞ çərçivəsində müvafiq həlli tapacağıq. Laçın dəhlizinin təhlükəsizliyinə zəmanət veririk. Bu ərazilərdə yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət veririk. Bizə dedilər ki, yox, biz buna gedə bilmərik. Bəs onda nə edəcəksiniz? "Mübarizə aparacağıq", deyə cavab verdilər. Yekunda məsələ 2020-ci il silahlı toqquşmasına gətirib çıxardı.

Putin bildirib ki, nəticədə hər şey alındığı kimi baş verdi. Yekunda biz Şuşadan sonra Azərbaycanla razılaşdıq ki, hərbi əməliyyatlar dayandırılsın. 2020-ci ilin müvafiq bəyanatı imzalandı. Rusiya prezidenti deyib ki, indi isə Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və məsələ bununla da bitib.

Putin separatçı Ruben Vardanyanın həbsindən də danışaraq bildirib ki, Vardanyan Rusiya vətəndaşlığından imtina edib. Putin Qarabağın keçmiş "lider"lərinin həbsi ilə bağlı suala cavabında bildirib ki, Azərbaycan rəhbərliyinin bu məsələdə humanitar mövqedən çıxış edəcəyinə ümid edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti