Təkəri, təpədən aşağı buraxan gənclər təhlükəli vəziyyət yaradıblar.
Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, Bakı-Dairəvi yolun kənarındakı təpənin üstündə baş verib.
Hələki şəxsiyyətləri bilinməyən şəxslər təpədən magistral yola təkər yuvarladaraq sürücülərin həyatı üçün ciddi təhlükə yaradıblar. Onlar bu əməllərini telefonla çəkib, sosial şəbəkələrdə də paylaşıblar.
Görüntüləri izləyən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyir ki, gənclərin bu hərəkəti sürücülər üçün olduqca təhlükəlidir.
Məsuliyyətsizlik edərək təkəri, hərəkətin intensiv olduğu magistrala yuvarlayan həmin şəxslər avtomobillərə dəymədiyi üçün sanki təssüflənirlər. Daha sonra gülüb, etik qaydalara uyğun olmayan küçə sözləri işlədirlər.
Ekspert onu da əlavə etdi ki, həmin təkər yuvarlanarkən qaya parçalarını da yola dağıda bilərdi. Bu da bir başqa faciədən xəbər verir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır.
''Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq'', -deyə Nazirlikdən bildirildi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: