Xəzər Xəbər

USAİD bir vaxtlar Azərbaycanda etmək istədiyini Gürcüstanda ETDİ VİDEO

Veb TV | 21:40 • 3 Oktyabr 2023
USAİD bir vaxtlar Azərbaycanda etmək istədiyini Gürcüstanda ETDİ

Gürcüstanda hakimiyyət dəyşikliyinə cəhd edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın hakim partiyası da məlumat yayıb. Proseslərdə əsas təşkilatçı olaraq isə USAİD-in, yəni ABŞ Beynəlxalq İnkişaf Agentliynin adı hallanır. Bildirilib ki, Amerika xalqının pulu Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasına sərf olunur.

Parlamentin məlumatında həmçinin deyilir ki, USAİD Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir.

Politoloq Elçin Mirzəbəyli bildirir ki, Gürcüstanda baş verən qalmaqal ilk hal deyil. USAİD-in adı həmişə işlədiyi ölkələrdə siyasi proseslərə açıq müdaxilə, hakimiyyət çevrilişlərinə cəhd kimi hallarda çəkilib.

ABŞ-ın açıq şəkildə digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasında USAİD xüsusi rol oynayır. ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılan USAİD hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. Bu təşkilat 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 10  milyard dollara yaxın vəsait ayırıb.

Politoloq deyir ki, Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan çoxdan yaşayıb, amma güclü dövlət olaraq USAİD kimi qurumların planlarının reallaşmasına imkan verilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti