Xəzər Xəbər

Zığ sakinləri tikinti şirkətindən YENİDƏN ŞİKAYƏTÇİ OLDULAR VİDEO

Veb TV | 21:10 • 1 Oktyabr 2023
Zığ sakinləri tikinti şirkətindən YENİDƏN ŞİKAYƏTÇİ OLDULAR

Suraxanı rayonunun Zığ qəsəbəsində sakinlərin örüş yeri qazılıb, dağıdılıb. Ərazidə tikinti işləri aparılır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edir ki, sənəddə örüş yeri kimi qeyd olunan ərazidə hansısa tikinti şirkəti tərəfindən binalar tikilir.

Sakinər iddia edir ki, illərdir örüş yeri istifadə etdikləri ərazinin zəbt olunması ilə bağlı aidiyyatı qurumlara müraciət ediblər. Aldıqları cavabda isə ərazidə aparılan işlərin qeyri-qanuni olması öz təsdiqini tapıb.

Məsələ ilə əlaqədar Suraxanı rayonu İcra Hakimiyyətindən bildirildi ki, Zığ qəsəbəsində Zığ1 sürüşmə sahəsində, torpaq sürüşməsi səbəbindən 200-dən çox ailə dövlət hesabına kirayə mənzillə təmin olunub. Həmin ailələrin birdəfəlik mənzillə təmin olunması üçün isə sakinlərin örüş sahəsi olduğunu iddia etdikləri ərazidə binaların tikintisi nəzərdə tutulub. Rəsmi olaraq həmin ərazi örüş sahəsi deyil və ARDNŞ-nin balansındadır.

 

Xəbər lenti