Xəzər Xəbər

Reytinqləri alt-üst edəcək SERİAL GƏLİR VİDEO

Veb TV | 23:00 • 1 Oktyabr 2023
Reytinqləri alt-üst edəcək SERİAL GƏLİR

Ailədaxili münaqişə, anlaşılmazlıq, günahlardan doğan insan faciəsi...

Xezerxeber.az xəbər verir ki, "Tək bir səhv insanı ömrü boyu təkliyə məhkum edə bilir" sloqanlı bir ailə dramı ekranlara gəlir.

Ekran işinə quruluşu Ramin Nəbiyev verir.

"Xəyanət"in ssenari müəllifi Gəray Həsənov və Fidan Bayramovadır. Rejissor deyir ki, burada TV məkanının ən professional yaradıcı heyəti toplaşıb.

Baş rolun ifaçısı Kəmalə Müzəffər isə bildirir ki, serial tamaşaçıya doğma gələcək. Çünki izləyici burada  yaşadığı cəmiyyəti, ordakı problemləri görə biləcək.

Gözəl ailə, yaxşı ətraf və imkan qazanmış Yaşar xarakterini canlandıran Elxan Yunis serialın tamaşaçıya ötürmək istədiyi mesajdan danışdı.

Aktrisa Arzum Kərimova isə əsas rollardan olan Könül obrazını canlandıracaq. Aktrisa bu obrazla həyatdakı xarakterinin tamamilə fərqli olduğunu deyir.

Sloqanı "Tək bir səhv insanı ömrü boyu təkliyə məhkum edə bilir" olan "Xəyanət" həftə içi 5 gün, saat 22-00 da Xəzər TV-də yayımlanacaq.

Xəyanəti izləyin ki, xəyanətdən xəbərdar olasız. Həyatda isə xəyanətlə üzləşməməyiniz arzusuyla..

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar