Xəzər Xəbər

Belə təzyiq olar?... Ermənistanın növbəti teatr səhnəsi... VİDEO

Veb TV | 20:40 • 1 Oktyabr 2023
Belə təzyiq olar?... Ermənistanın növbəti teatr səhnəsi...

Ölkəmiz ermənilərin 90-cı illərdə bizə yaşatdığı deportasiya və işgəncələrə öz humanist addımları ilə cavab verir. Ermənistan isə yenə teatr göstərir. Azərbaycan güya Qarabağda yaşayan ermənilərə təzyiq edir və onları ərazidən zorla çıxarır.

Xezerxeber.az-ın xəbərinə görə, millət vəkili Tahir Mirkişili deyir ki, Azərbaycan dünyada ən humanitar antitorror tədbirləri həyata keçirdi. 24 saatlıq tədbirlər zamanı heç bir mülki obyektə və sivil şəxsə ziyan dəymədi. Ermənistan və onun havadarları dezinformasiya yaymağa çalışsalar da ölkəmizin göstərdiyi humanizm və reinteqrasiyaya dəvət çağırışlarını bütün dünya görür.

Millət vəkili deyir ki, Qarabağı tərk edən ermənilərin yerli tv-lərə verdikləri müsahibələr bunun əyani sübutdur.

Bütün dünya bilir ki, II Qarabağ müharibəsi bitdikdən dərhal sonra Azərbaycan prezidenti separatçı rejimi təslim olmağa, Qarabağda yaşayan erməniləri isə Azərbaycan bayrağı altında, Azərbaycan qanunları ilə yaşamağa çağırdı. Lakin onlar tələblərimizi ciddiyə almadılar. Azərbaycan da lazım olan tədbirləri gördü. Azərbaycan BMT missiyasının Qarabağa gəlməsinə şərait yaratmaqla onu göstərdi ki, bizim cavab verə bilməyəcəyimiz yaxud gizlətdiyimiz nəsə yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti