Xəzər Xəbər

Baş Prokurordan son hadisələrlə bağlı ÖNƏMLİ AÇIQLAMALAR VİDEO

Veb TV | 22:00 • 1 Oktyabr 2023
Baş Prokurordan son hadisələrlə bağlı ÖNƏMLİ AÇIQLAMALAR

Xəbər verdiyimiz kimi, Araik Arutyunyan və Cəlal Arutyunyan beynəlxalq axtarışa verilib.

Bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror Qarabağda cinayət törətmiş 300-dən çox erməni separatçısının beynəlxalq axtarışa verilməsinə də diqqət çəkib. Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan erməni separatçıları tərəfindən törədilən cinayətlərin hamısı qeydə alınıb. Kamran Əliyev beynəlxalq axtarışa verilən ermənilərə könüllü təslim olun- deyə müraciət edib.

Kamran Əliyev Ermənistan tərəfindən mina və kütləvi məzarlıqlarla bağlı dəqiq xəritələrin verilmədiyini də diqqətə çatdırıb.

Baş prokuror İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərlinin işi ilə bağlı iranlı həmkarı ilə müzakirə apardığını  da qeyd edib. İran tərəfi söz verib ki, bu məsələyə bir daha baxılacaq və prokurorluq humanizm prinsiplərini əsas götürərək mövqeyini ortaya qoyacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar