Xəzər Xəbər

Ankarada törədilən terror aktının GÖRÜNTÜLƏRİ

Veb TV | 13:25 • 1 Oktyabr 2023
Ankarada törədilən terror aktının

Xezerxeber.az-ın məlumatına görə, hadisə Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında baş verib.

Qeyd edək ki, Türkiyənin Ankara şəhərində yerləşən Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib.

Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilib.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlamasında bildirib: "Saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb".

Hadisənin görüntülərini təqdim edirik.

Məqalədə:

Xəbər lenti