Xəzər Xəbər

Yol qəzaları üç nəfərin həyatına son qoydu, yaralılar var VİDEO

Veb TV | 21:12 • 30 Sentyabr 2023
Yol qəzaları üç nəfərin həyatına son qoydu, yaralılar var

Hacıqabul rayonu ərazisində minik maşını yük avtomobilinə çırpılıb, nəticədə iki nəfər ölüb.

Xezerxeber.az-ın məlumatına görə, Hacıqabul rayon sakini 25 yaşlı Orxan Balacayev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq yük maşınına çırpılıb. Nəticədə o hadisə yerindəcə keçinib.

Avtomobildə olan sərnişin 39 yaşlı  Mahir Kərimov isə ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralının  həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıtda da ağır yol - nəqliyyat hadisəsi baş verib. Maşın 90 yaşlı piyadanı vurub. Hadisə 14-cü məhəllədə, Səməd Vurğun küçəsində  baş verib. Yolu keçmək istəyən Pərinisə Qasımovanı maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lənkəranda da 76 yaşlı piyadanın ölümü ilə nəticələnən yol - nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini idarə etdiyi   avtomobil ilə hərəkətdə olarkən 76 yaşlı İslahat Quliyevi vurub. Yaralı tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bütün reanimasion tədbirlərə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.  

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Sürücü Sakin Məmmədzadə hadisədən sonra saxlanılıb.

Yevlaxda sərnişinlə dolu mikroavtobus gecə saatlarında magistral yola çıxan 2 baş iribuynuzlu heyvanı vurub. Daha sonra avtomobil idarəetmədən çıxıb.

Ağır yol-nəqliyyat hadisəsi Bakı-Qazax avtomagistralının rayonun Aran qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Bakıdan Qazax istiqamətinə hərəkətdə olan mikroavtobus gecə saatlarında qarşısına çıxan inəkləri vurduqdan sonra yol kənarına düşərək deformasiyaya uğrayıb. Ağır yol-nəqliyyat hadisəsi zamanı sürücü və sərnişinlərdən xəsrət alanlar olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar