Xəzər Xəbər

Sumqayıtda evdə partlayış olub, iki nəfər yanıq xəsarətləri alıb VİDEO

Veb TV | 20:06 • 30 Sentyabr 2023
Sumqayıtda evdə partlayış olub, iki nəfər yanıq xəsarətləri alıb

Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verib.

Xezerxeber.az-ın məlumatına görə, mənzildə təmir işləri aparan ər və həyat yoldaşı ani partlayışın qurbanı olub.

Partlayış baş verən əraziyə dərhal FHN-in, Sumqayıt şəhər Polis İdarəsinin və Təcili Tibbi Yardım xəstəxanasının əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində mənzildə olan Vitali Əliyev və Səbinə Əliyeva ağır yanıq xəsarətləri alaraq dərhal xəstəxanaya çatdırılıb.

Yaralıların vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar