Xəzər Xəbər

Azad edilmiş ərazilər karbon neytrallığı zonası elan ediləcək VİDEO

Veb TV | 20:55 • 30 Sentyabr 2023
Azad edilmiş ərazilər karbon neytrallığı zonası elan ediləcək

Zəngilanda dünən başlayan II Azərbaycan Milli Şəhərsalma Forumu bu gün Bakıda işini davam etdirib.

Xezerxeber.az-ın məlumatına görə, forum işğaldan azad edilmiş ərazilərə həyatın geri qaytarılması, dayanıqlı inkişaf, şəhər və digər yaşayış məskənlərinin yenidən qurulması sahəsində Azərbaycanın topladığı təcrübəni beynəlxalq tərəfdaşlarla bölüşməsi baxımımdan mühüm əhəmiyyət kəsb edir.

Forumda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib ki, azad edilmiş ərazilərdə tikinti tullantılarının idarə olunması işlərinə başlanıb.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər 2050-ci ilədək karbon neytrallığı zonası elan ediləcək.

“Bununla bağlı konsepsiya layihəsi hazırdır”, - deyə nazir əlavə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar