Xəzər Xəbər

BMT missiyası 30 ildən sonra Qarabağa gəlir VİDEO

Veb TV | 20:38 • 30 Sentyabr 2023
BMT missiyası 30 ildən sonra Qarabağa gəlir

Yaxın günlərdə BMT missiyası Qarabağa gələcək.

Bunu təşkilatın baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, səfər zamanı əsas  diqqət humanitar sahələrə və müdafiə məsələlərinə yönəldiləcək.

Stefan Düjarrik əlavə edib ki, bu missiyanın regiona 30 ildən sonrakı ilk səfəridir.

Sual yaranır ki, görəsən, niyə ilk? Çünki keçən 30 il ərzində Ermənistan tərəfi Qarabağda törətdiyi cinayət əməllərini ört-basdır etmək üçün hər vəchlə beynəlxalq missiyaların bura gəlməsini əngəlləyib, maneələr törədib. İndi isə bu missiya məhz Azərbaycanın dəvəti  ilə Qarabağa gəlir.

Missiya Qarabağda araşdırmalar aparacaq, faktlara şahidlik edib,  yekun qərarlar qəbul edəcək. Buna hazırkı dönəmdə xüsusi ehtiyac var idi. Çünki son vaxtlar Qərb mərkəzli bəzi mətbuat nümayəndələri belə bir fikir formalaşdırıb ki, guya Qarabağdan Ermənistana gedən erməni əsilli əhali bu torpaqlardan zorla çıxarılır və təzyiqlərə məruz qalırar. Məhz bu yalanları ifşa etmək üçün Azərbaycan tərəfi də BMT missiyasını illərlə gələ bilmədikləri bu torpaqlara dəvət etdi. Gəlirlər, reallıqları öz gözləri ilə görüb, bütün faktları  yerindəcə araşdıracaqlar.

Mövzu ilə bağlı danışan politoloq Telman Qasımov deyib ki, qələbəmizin həzm edilməyəcəyi əvvəlcədən bilinirdi və bütün bu addımlar gözlənilən idi. Çünki, eyni təzyiq 44 günlük Vətən müharibəsindən sonra da müşahidə olunmuşdu.

Ancaq bizə qarşı olan bu informasiya terrorunu da dəf etməyi bacaracağıq.

Qeyd edək ki, missiyanın bu səfəri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə uyğun olaraq həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti