Xəzər Xəbər

Toyda mübahisə qətllə bitdi VİDEO

İki nəfər öldürülüb, yaralılar var
Veb TV | 19:49 • 30 Sentyabr 2023
Toyda mübahisə qətllə bitdi

Abşeronda üç nəfər bıçaqlanıb, onlardan biri ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Saray qəsəbəsi ərazisində baş verib.

1987-ci il təvəllüdlü Mürvət Əliyev və 1989-cu il təvəllüdlü Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 1978-ci il təvəllüdlü Rəşad Əbilovun isə ölməsi barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Verilən məlumata görə, toyda iştirak edən şəxslər arasında naməlum səbəbdən mübahisə yaranıb.

Tərəflər mübahisəni həll etmək üçün parklardan birinə gəliblər. Burada münaqişə bıçaqlanmaya çevrilib. Nəticədə onların hər üçü bıçaq xəsarəti alıb.

Hadisə zamanı Seymur Hüseynov saxlanılıb. Mürvət Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Mingəçevirdə isə 32 yaşlı kişi qətlə yetirilib. Hadisə şəhərin Müslüm Maqomayev prospektində, ticarət mərkəzlərindən birinin yaxınlığında qeydə alınıb.

Məlumata görə, Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədov bıçaqlanıb. O, dərhal Mingəçevir Şəhər Xəstəxanasına çatdırılısa da həyatını xilas etmək mümkün olmayıb.

Baş verən hadisədən xəbər tutan ata Nəriman Məmmədov xəstəxanaya çatsa da, övladının morqa yerləşdirildiyi xəbərini alıb.

Baş verən hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, sentyabrın 29-u Mingəçevir şəhər sakini 1991-ci il təvəllüdlü Sönməzbəy Məmmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə polisə məlumat daxil olub. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti