44 günlük Vətən müharibəsi başlayandan Zəfərə qədər gedən yolda Azərbaycan ordusunun bəzi taktiki-manevr planları məlum olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə "Xəzər TV"-də yayımlanan “Əks-hücuma 10 dəqiqə qalmış” sənədli filmində məlumat verilir.
Mühəndis-istehkamçıların işi çətin olmaqla yanaşı, həm də daha məsuliyyətli idi. Çünki, istər minatəmizləmə, istərsə də yolların açılması tapşırıqları düşmən atəşinin altında icra edilirdi. Yəni, bir tərəfdə görünən və bilinən, digər tərəfdə isə səssiz və gizli düşmən. Bu əməliyyatlar təbii ki, zərərsiz və xəsarətsiz də ötüşməyib. Texnikaların təmiri üçün səyyar təmir yerləri hazırlanıb. Zərər görən texnikalar yerindəcə təmir edilərək fəaliyyətə buraxılıb.