Bəzi taksi sürücülərinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisinə girişinə məhdudiyyət qoyulub.
"Xəzər Xəbər" ə müraciət edən bir qrup taksi sürücüləri belə bir iddia ilə çıxış edir. Deyirlər ki, onların hava limanı ərazisinə girişinə icazə verilmir.
Taksi fəaliyyəti ilə məşğul olan şəxslər sözügedən problemlə bağlı dəfələrlə “AZAL”-a müraciət etdiklərini bildirir. Sözüdən problemlə bağlı “AZAL”-ın mətbuat katibi Nərmin Xəlilova ilə əlaqədə saxladıq.
Qurumdan şikayətçilərlə üz-üzə görüşmək istədiklərini söylədilər. “AZAL”-ın nümayəndələri və taksi sürücülərinin bəziləri ilə Xəzər Media Mərkəzində görüş baş tutdu və müzakirələr aparıldı.
Sürücülər görüşün səmərəli keçdiyini bildirdilər.
“AZAL”-ın mətbuat katibi Nərmin Xəlilova görüşün təfərrüatlarından danışdı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: