Ölkədə təcili yardım ləğv olundu, yeni xidmət yaradıldı
Xezerxeber.az xəbər verir ki, əhalinin sağlamlığının qorunması istiqamətində tibbi xidmətlərin daha da yaxşılaşdırılmasını, yüksək səviyyədə təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsini təmin etmək məqsədi ilə TƏBİB-in tabeliyindəki təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları yenidən təşkil olunub.
TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə birləşib. Bundan sonra Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi fəaliyyət göstərəcək.
Bildirildi ki, yeni qərara əsasən, Bakıdakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım həkimləri regionlara da ezam olunacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: