Ordumuzun 24 saatlıq tədbirlərindən sonra Sərsəng su anbarı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nəzarətinə keçib.
Xezerxeber.az xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin baş məsləhətçisi Sarvan Ağayevin sözlərinə görə, artıq agentliyin əməkdaşları tərəfindən anbarda yoxlama işlərinə başlanılıb
İşğal dövründə Sərsəng su anbardan su əsasən payız-qış aylarında buraxılırdı. Əkinçiliyin aparıldığı yaz-yay aylarında isə suyun qarşısı qəsdən kəsilirdi. Bundan sonra isə yaxın rayonlardakı su sahələrini anbarın suyu ilə suvarmaq mümkün olacaq.
Qeyd edək ki, anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: