Avtobuslar gecikir, sərnişinlər isə dayanacaqda gözləməyə məcbur olurlar...
Xezerxeber.az-ın xəbərinə görə, avtobus sürücüləri deyir ki, gecikmələrinə səbəb onlar üçün ayrılmış zolaqların digər nəqliyyat vasitələri tərəfindən zəbt olunmasıdır.
Bu səbəbdən də 5-10 dəqiqəyə hesablanmış yolu ən azı 25-30 dəqiqəyə gedə bilirlər.
Sürücülər bildirib ki, avtobus zolağı olmayan yollarda isə gecikmələrinə müxtəlif səbəblər olur. Buna görə də avtobusların hərəkət etdiyi bütün istiqamətlərdə xüsusi zolaqların olması arzu olunandır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, həm dayanacaqları həm də zolaqları zəbt edən sürücülər qayda pozuntusuna yol verdikləri üçün cərimələnir.
Cərimələrin tətbiq olunmasına baxmayaraq belə hallar tez-tez yaşanır. Nətiəcədə avtbuslarda olan minlərlə sərnişinin mənzil başına daha gec çatmasına səbəb olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: