Xəzər Xəbər

FHN Xankəndidə 48 nəfərin cəsədini TƏHVİL VERDİ VİDEO

Veb TV | 17:55 • 29 Sentyabr 2023
FHN Xankəndidə 48 nəfərin cəsədini TƏHVİL VERDİ

Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində FHN-in xilasediciləri tərəfindən 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, qüvvələr tərəfindən hadisə baş vermiş ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Xəbər lenti

Çox oxunanlar