Qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi məsələsində çox dərinə getmək lazım deyil.
Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib.
Onun sözlərinə görə, sözügedən Məcəllənin optimal sürətdə qəbul edilməsi zəruridir.
Millət vəkili Vüqar Bayramov da hökmran mövqe faizini məqbul saymayıb. Bildirib ki, Azərbaycan bazarında sahibkarın hökmran mövqeyi üçün tətbiq edilən faizin Avropa İttifaqındakı faizə uyğunlaşdırılmasına və müddətli reqressiv yanaşmanın nəzərə alınmasına ehtiyac var.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli isə deyib ki, Rəqabət Məcəlləsi layihəsində dövlət və digər müvafiq orqanların rəqabət mühitinə təsirinin minimallaşdırılması üçün geniş qadağaların müəyyən edilməsi əksini tapıb. Həmçinin bildirilib ki, Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında qanun layihəsinin qüvvəyə minməsi ilə "Antiinhisar fəaliyyəti haqqında", "Haqsız rəqabət haqqında" və "Təbii inhisarlar haqqında" qanunlar ləğv olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: