Bakı üzrə uşaq bağçalarında boş qalan yerlər açıqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov bildirib ki, valideynlər boş qalan yerlər üzrə övladlarının məktəbəqədər təhsil müəssisələrinə qəbul olunması üçün növbəyə yazıla bilərlər.
O bildirib ki, İdarənin tabeliyində 334 məktəbəqədər təhsil müəssisəsi fəaliiyyət göstərir.
2023-2024-cü tədris ilində həmin məktəbəqədər təhsil müəssisələrinə 35 minə yaxın uşaq qəbul edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: