Azərbaycan polisi artıq Xankəndidədir.
Xezerxeber.az xəbər verir ki, qədim Azərbaycan şəhəri Xankəndiyə Azərbaycanın Daxili İşlər Nazirliyinin qüvvələri daxil olub. Polis əməkdaşlarını daşıyan çoxsaylı xidməti avtomobillər Rusiya sülhməramlılarının müşayiəti ilə Xankəndiyə girib.
Sosial şəbəkələrdə yayılmış görüntüləri lentə alan erməni əsilli şəxs oradakı qondarma rejimin ünvanına təhqiramiz sözlər işlədir.