Xəzər Xəbər

Azərbaycanın yaratdığı yeni reallıq dünya tərəfindən QƏBUL EDİLİR VİDEO

Veb TV | 23:40 • 27 Sentyabr 2023
Azərbaycanın yaratdığı yeni reallıq dünya tərəfindən QƏBUL EDİLİR

Avropa İttifaqının son açıqlaması onu göstərdi ki, Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində yaranmış yeni reallıq dünya birliyi tərəfindən qəbul edilir.

Xezerxeber.az-ın xəbərinə görə, siyasi şərhçi Xəyal Bəşirov deyir ki, ittifaqın son açıqlamasını ədalətli hesab etmək olar. Çünkü bu açıqlama təsdiq edir ki, Azərbaycanın həyata keçirdiyi tədbirlər öz suveren ərazisində qeyri qanuni hərbi birləşmələrin və onların hərbi infrastrukturunun neytrallaşdırılmasına yönəlib.

Bununla bərabər bir daha təsdiq edildi ki, Azərbaycan nəinki mülki əhalini hədəfə  götürməyib, əksinə, onun təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifə ləri yerinə yetirib.

Xəyal Bəşirov deyir ki, Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını istəyir, ərazidə yaşayan insanlara humanitar yardım göstərir, beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradır. Ərazidən mülki insanların çıxması məcburi xarakter daşımır, bu, onların öz istəyidir.

Üstəlik antiterror tədbirlərinin nəticəsində yaranan yeni reallıq göstərir ki, sülhün alternativi yoxdur və  bundan sonra tərəflər davamlı sülhün əldə  edilməsi üçün bütün səylərini səfərbər etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar