Xəzər Xəbər

Ceyhun Bayramov Ermənistanla SÜLH BARƏDƏ VİDEO

Veb TV | 20:47 • 27 Sentyabr 2023
Ceyhun Bayramov Ermənistanla SÜLH BARƏDƏ

"Son 3 il ərzində  sülh istiqamətində  bütün addımlar Azərbaycan tərəfindən atılıb".

Xəbər verdiyimiz kimi, bunu jurnalistlərə  açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Ermənistan və  onun qurduğu qurama təsisatlar bir qədər özlərinə  gələndən sonra himayədarlarının dəstəyi ilə  Azərbaycan tərəfindən uzadılan əli geri çevirdi, yenə  siyasi və  hərbi təxribatlara üz tutdu. Xüsusən ərazimizdə ağır silahlarla silahlanmış ordu saxladı və ərazilərimizdən çıxarılmasına qarşı çıxdı.

Ceyhun Bayramov qeyd edib ki, çağırışlar nəticə  vermədiyinə  görə Azərbaycan lokal antiterror tədbirləri həyata keçimək məcburiyyətində  qaldı.

Nazir əlavə edib ki, qondarma rejim Azərbaycanın legitim tələblərini qəbul edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti