Xəzər Xəbər

Vardanyanın həbsinə rəsmilərdən REAKSİYA VİDEO

Veb TV | 21:39 • 27 Sentyabr 2023
Vardanyanın həbsinə rəsmilərdən REAKSİYA

Bir il əvvəl Rusiya vətəndaşlığından imtina edərək Qarabağa gələn Ruben Vardanyan bu gün "Laçın" dövlət sərhədində buraxılış məntəqəsində saxlanıldı.

Xezerxeber.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma "Dağlıq Qarabağ Respublikasının Dövlət naziri" vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycandan Ermənistan istiqamətində  hərəkət edərkən həbs olunub.

Parlamentin Müdafiə, təhlükəsizlik və  korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu deyir ki, ölkəmizə qarşı cinayətlərdə bu və ya digər formada əli olan hər bir kəs layiqli cəzasına çatacaq. Ruben Vardanyan ölkəmizin ərazi bütövlüyünə qarşı fəaliyyətinə görə qanunlar qarşısında cavab verməlidir.

Millət vəkili deyib ki, xunta rejimi Azərbaycan ərazisində separatçı bir rejim yaratmaqla ölkəmizə meydan oxuya biləcəyini düşünürdü. Lakin arzuları ürəyində  qaldı. Vardanyan kimilər isə  son deyil, əli Azərbaycanlıların qanına batan hər kəs hüquq çərçivəsində  cavab verəcəklər.

Onu da qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin əməkdaşlarının müşayiəti ilə  Ruben Vardanyan Bakıya gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar