Xəzər Xəbər

Qızıl məmulatlarından şikayətlər artır VİDEO

Əyar Palatasının yaradılması istiqamətində işlər görülür
Veb TV | 20:52 • 26 Sentyabr 2023
Qızıl məmulatlarından şikayətlər artır

Qızıl məmulatlarından şikayətlərin sayı günbəgün artır. Bu isə son zamanlar ölkənin əmtəə bazarına külli miqdarda saxta və aşağı keyfiyyətli qızılların daxil olması ilə əlaqələndirilir. 

Bəs saxta qızıl məmulatları bazara necə daxil olur və bunun qarşısını necə almaq olar?

Xezerxeber.az-ın məlumatına görə, pərakəndə satış sahəsində belə neqativ halların olduğunu deyən Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov bildirib ki, ölkə ərazisində qiymətli metallar və qiymətli daşlara nəzarət qurumu olaraq Əyar Palatasının yaradılması istiqamətində əməli işlər görülür.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 1998-ci il 24 may tarixli 114 saylı qərarına görə, qızıl, qızıl məmulatları və qiymətli daşlar Azərbaycan ərazisindəki pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxil edilib. Bunu nəzərə alaraq istehlakçıların  qızıl alarkən diqqətli olmaları tövsiyə edilir.

Sədr müavini onu da qeyd edib ki,  istehlakçı sorğusuna yüksək həssaslıqla yanaşaraq Assosiasiyanın xətti ilə müxtəlif ölçü məmulatların laborator şəraitdə yoxlanılması təmin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti