Xəzər Xəbər

Kürdəmirdə evdə partlayış baş verib, ölənlər var VİDEO

Veb TV | 21:08 • 26 Sentyabr 2023
Kürdəmirdə evdə partlayış baş verib, ölənlər var

Kürdəmirdə fərdi yaşayış evində güclü partlayış baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Kürdəmir  rayonunun Çöhranlı kəndində 37 yaşlı Vüsal Zərbalıyeva məxsus ümumi sahəsi 140 kv/metr 4 otaqlı evdə qeydə alınıb.

Evdə olan Vüsal Zərbalıyev və həyat yoldaşı 35 yaşlı Şəbnəm Zərbalıyeva ağır yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal səsə gələn qonşuların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Daha sonra onlar Bakıya göndəriliblər.

Yaralılar Bakıdakı xəstəxanada dünyasını dəyişiblər. Qeyd edək ki, ailənin iki azyaşlı uşağı hadisə zamanı məktəbdə olduğundan xəsarət almayıblar. İlkin ehtimala görə, partlayışa səbəb telefon yükləyicisinin partlamasıdır. Faktla bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar