Xəzər Xəbər

Xankəndiyə növbəti humanitar yardım YOLA DÜŞDÜ VİDEO

Veb TV | 11:39 • 26 Sentyabr 2023
Xankəndiyə növbəti humanitar yardım YOLA DÜŞDÜ

Sentyabrın 26-da növbəti humanitar yardım Xankəndiyə yola düşüb.

4 yük maşını 40 ton unu, gigiyenik vasitələri, yataq dəstlərini ünvana çatdırmaq üçün Xankəndiyə yol alıb. Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.

Humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xanləndinə yola salınıb.

Qeyd edək ki, ötən gün axşam radələrində Xankəndidə yanacaqdoldurma stansiyasında partlayış olub. Nəticədə təxminən 200-ə yaxın şəxs xəsarət alıb. Yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar yaralanan şəxslərə yardım məqsədilə ilkin olaraq 200 nəfərin müalicəsi üçün yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları (spreylər, kremlər, ağrıkəsicilər, antibiotiklər və s.) daşıyan təcili tibbi yardım maşını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb. (trend)

Xəbər lenti

Çox oxunanlar