Xəzər Xəbər

Azərbaycanda bu kəndə ancaq Ural maşınları ilə getmək mümkündür VİDEO

Veb TV | 22:12 • 25 Sentyabr 2023
Azərbaycanda bu kəndə ancaq Ural maşınları ilə getmək mümkündür

Evlərinə  çatmaq üçün 15 km-lik yolu çay yatağı ilə  qət edirlər.

Xezerxeber.az xəbər verir ki, bu kəndlər Zaqatalanın ən ucqar kəndlərindəndir.

Kəndə getmək üçün yalnız dağ çayları aşılmalıdır.

Qədim dağ kəndləri olan Sabunçu, Cimcimax və daha 6 kəndin sakinləri evlərinə  getmək üçün nə az - nə çox düz 15 km yolu cay yatağı ilə  qət etməlidirlər. Kənd sakinləri bu kəndə  ancaq Ural markalı yük maşınları ilə  gedib gəlirlər. Hər tərəfi dağ çayları ilə  əhatəli olan Cimcimax və  Sabunçu kəndinə  bir neçə  gün əvvəl güclü sel düşüdüyündən əhali çətin vəziyyətə düşüb.

Məsələ  ilə əlaqədar Cimcimax Kənd icra nümayəndəsi Allahverdi İbrahimov “Xəzər Xəbər”ə bildirdi ki, burdakı vəziyyət aidiyyatı üzrə  rəhbərliyə məruzə edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti