Azərbaycanda yenilənmiş 5 qəpiklik metal pul nişanları tədavülə buraxılıb.
Xezerxeber.az xəbər verir ki, pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub. Digər dizayn elementləri və texniki parametrləri isə hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Bəs görəsən 1,3,5 qəpikliklər keçmişdə olduğu kimi indi də dəyərlidirmi?
Keçirdiyimiz sorğundan belə nəticəyə gəlmək olar ki, bu pul nişanlarından istfadə də vətəndaşların fikri eyni deyil. Kimisi ümumiyyətlə 5 qəpik götürmür, kimisi isə 1 qəpiyindən də keçmir.
Vətəndaş Yusif Qazıyev deyir ki, manatı manat edən elə qəpikdir. Bu səbəbdən də qəpiyimizin dəyərini bilməliyik.
Qeyd edək ki, yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: