Son günlər cənub bölgəsinə yağan yağışlardan sonra, Astara rayonunun Şiyəkəran kəndində Pensərçayının sahilində torpaq sürüşməsinə gətirib çıxarıb.
Xezerxeber.az xəbər verir ki, torpaq qatı sakinlərin hasarlarına doğru 20-25 metrədək sürüşüb.
Sürüşmə nəticəsində 10-a yaxın yaşayış evləri üçün ciddi təhlükə yaranıb. Sakinlərin istifadə etdiyi yol qəzalı vəziyyətə düşüb.
Torpaq qatının sürüşüb getməsi nəticəsində vətəndaşların təsərrüfatlarına da ziyan dəyib. Kəndlinin min bir zəhmət bahasına saldığı meyvə bağlarını sel suları aparıb. Aidiyyəti orqanların nümayəndələri ərazidə olublar.
Qeyd edək ki, ağır texnikalar Pensər çayın məcrasını dəyişmək üçün işlər görürlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: